Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” (0:2) matçından sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyevin istefa verməsi ilə bağlı mətbuatda xəbərlər çıxmışdı.
İdmanxeber.com-a açıqlama verən gəncəlilərin icraçı-direktoru Cabir İbrahimov məsələyə münasibət bildirib. Bu informasiyanın həqiqəti əks etdirmədiyini söyləyən klub rəsmisi Şahin Diniyevin komandada qalacağını dilə gətirib: “Hazırda klubda idarəetmə məndədi. Şahin Diniyev tərəfindən də mənə bununla bağlı heçnə deyilməyib. Baş məşqçimizə zəng vurdum ki, nə məsələdi, niyə istefa verirsiz? Cavabı belə oldu ki, yalan xəbərdi”.