Həftə sonu Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Kəpəz” – “Keşlə”ni qəbul edəcək.
İdmanxeber.com-un məlumatına görə, aprel 7-i, saat 15:00-da Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb. Amma biletlərdə kobud səhvə yol verilib. Belə ki, ev sahibi klubun hazırladığı biletin üzərində rəqib “Keşlə” kimi deyil, “Bakı” adı ilə təqdim edilib. “Qırmızılar”ın təmsil etdiyi yer isə Keşlə göstərilib.