Premyer Liqanın 25-ci turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Kəpəz” artıq dünəndən hazırlıqlara başlayıb.
İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisi hazırlıqlara paytaxtda start verib. “Rəvan”la oyunda forma geyinən futbolçular bərpaedici məşqlə kifayətlənib. Bütün futbolçular məşqdə iştirak edib.
Qeyd edək ki, “Kəpəz” – “Xəzər Lənkəran” matçı martın 13-də baş tutacaq.