İdman

“Kəpəz”də 2 nəfərə 1 tort

“Kəpəz”in müdafiəçiləri Tural Nərimanov və Azad Kərimovun həyatında əlamətdar gündür.   

İdmanxeber.com-un məlumatına görə, Nərimanov ömrünün 27-ci, Kərimov isə 22-ci payızını qeyd edir.  Hər iki futbolçunun doğum günü komandanın məşqində qeyd olunub. Hazırlıq prosesinin sonunda oyunçuların doğum günü münasibətilə bişirilən tort meydançaya gətirilib və Turalla Azad komanda yoldaşlarının əhatəsində şirniyyatı kəsib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43