İdman

“Kəpəz”də yeni qadağa: Danışsan, cərimələnəcəksən!

“Kəpəz”də Şahin Diniyevin istefasından sonra baş məşqçi təyin olunan Yunis Hüseynov, heyətdəki etdiyi dəyişikliklərlə yanaşı, klub daxilində müəyən qaydalara da “əl gəzdirib”.

İdmanxeber.com-un məlumatına görə, çalışdırıcı futbolçulara mətbuatla ünsiyyət qadağası qoyub. Belə ki, Hüsenov icazə almadan açıqlama və ya müsahibə verən futbolçunu müəyyən pul məbləğində cərimələyəcək.

Bu qadağa tək futbolçulara şamil olunmayıb. Klubun bəzi işçiləri də Yunis Hüseynovun icazəsi olmadan “danışa” bilməzlər. 

Qeyd edək ki, təlim-məşq toplanışı üçün Antalyanı seçən “Kəpəz” maliyyə problemləri ucbatından mətbuat katibi Azad Rəfini və operator Zamiq İmanovu qardaş ölkəyə aparmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43