Məşqlərini Bakıda davam etdirən “Kəpəz” yoxlama oyununda qüvvəsini sınayıb.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Gəncə təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. Matç “Dalğa Arena”da baş tutub.
Oyun “sarı-göylər”in 2:0 hesablı qələbəsi ilə sona çatıb. Gəncə klubundan qolları Murad Ağakişiyev və Şəhriyar Rəhimov vurub.
Xatırladaq ki, “Kəpəz” bundan öncə Bakıda keçirdiyi 3 yoxlama oyununun hamısında qalib gəlib. Nizami yurdunun təmsilçisi “Sumqayıt”ı 1:0, AZAL-ı 2:1, U-19 yığmasını isə 4:1 hesabı ilə məğlub edib.