Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” daha iki futboçunu heyətinə qatıb.
İdmanxeber.com-un məlumatına görə, Gəncə təmsilçisi ötən mövsüm “Simurq”un formasını geyinən Tural Axundovla AZAL-ın sabiq futbolçusu Şəhriyar Rəhimovu rənglərinə bağlayıb.
Sözügedən futbolçular artıq komandanın düşərgəsinə qoşulublar.