Avropa Liqasında “Kəpəz”lə qarşılaşacaq “Daçiya” yoxlama görüşündə qüvvəsini sınayıb.
İdmanxeber.com-un məlumatına görə, “Daçiya” Moldovanı Avroliqada təmsil edəcək digər komanda – “Zarya” ilə üz-üzə gəlib. 3 qolun vurulduğu oyunda “Kəpəz”in rəqibi uduzub – 1:2.
“Daçiya”nın yeganə qolunu ikinci hissədə komandanın debüttantı Denis Kojanov vurub.
Moldova klubu ölkəmizə gəlməmişdən öncə daha bir yoldaşlıq görüşü keçirəcək. Moldova çempionatının gümüş medalçısı iyunun 23-də Rusiyanın “Kuban” klubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Kəpəz” və “Daçiya” arasında ilk oyun iyunun 28-də “Dalğa Arena”da baş tutacaq.