İdman

“Kəpəz”in əvəzediciləri üçün I Divizion klubları

“Kəpəz”in əvəzedici heyətinin yoxlama oyunları üçün növbəti rəqibləri müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,  “dubl” qış toplanışı çərçivəsində I divizion təmsilçiləri ilə qarşılaşacaq. Əvəzedicilər yanvarın 27-də “Turan Tovuz”la, fevralın 1-də isə “Ağsu” ilə oynayacaq. Hər iki matç rəqib meydanında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43