Ölkə futbolu

“Kəpəz”in futbolçusu: “Bundan sonra xal itirə bilmərik”

Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Qarabağ” ilə qarşılaşacaq “Kəpəz” bu oyuna hazırlığı Bakıda davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər”in kapitanı Tural Axundov Ağdam klubu ilə matç öncəsi klubun  saytına açıqlama verib: “Uğurlu çıxışımızın ardını gətirmək istəyirik. Bundan sonra xal itirə bilmərik. Bizə məqsədimizə nail olmaq üçün qələbə lazımdır. Bilirik ki, “Qarabağ”a qarşı görüş ağır keçəcək. Rəqib çox güclüdür. Odur ki, məşqlərdə əzmlə çalışırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq. Milli komandaların seçmə oyunları səbəbindən çempionatda yaranan fasilə xeyrimizə işlədi. İlk növbədə yaxşı istirahət edib psixoloji vəziyyətimizi düzəltdik. Növbəti oyunlara hazırlaşmaq üçün daha çox vaxtımız oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43