Vətəni Braziliyada əməliyyat olunan “Kəpəz”in futbolçusu Dario Frederiko dünən klinikanı tərk edərək, evə buraxılıb.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, eyni vaxtda iki əməliyyat keçirən yarımmüdafiəçi çəliklərin köməyi ilə hərəkət edə bilir.
Bundan sonra Darionun müalicəsi ev şəraitində davam etdiriləcək. Bununla belə, Frederikonun fizioterapiya kursları cərrahiyyə əməliyyatı olunduğu klinikada keçəcək.
Xatırladaq ki, braziliyalı Azərbaycan Premyer Liqasının XII turunda noyabrın 7-də AZAL-la oyunda zədələnib. Meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan yarımmüdafiəçi noyabrın 19-da tanınmış cərrah Vitor Barion Padua tərəfindən əməliyyat olunub.