Xəbər verdiyimiz kimi “Gənc qapıçılar” klubunda məşğələləri “Kəpəz” futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. Burada istedadlı uşaqlar yetişərək millimizə və bir neçə klubumuza xeyir verməyə başlayıb.
İdmanxeber.com-un məlumatına görə, “Kəpəz”in Premyer Liqaya yüksəlməsi “Gənc qapıçılar”ın yolu açıb və burda məşq keçən uşaqlar Gəncə təmsilçisinin əvəzedici heyətində oynamağa hazırdırlar. Klub “Kəpəz”ə və hər hansı bir digər kluba istedadlı qapıçılar təklif edir. Həmin qapıçılarla sizi tanış edirik:
Eynur Orucov- “Qəbələ” FK, U-19 millimizin üzvü, 1997-ci il
Elmin Bayramov, – “Qəbələ” U-12 komandası
Anar Sadıqlı – “Kəpəz” U-16 komandası
Elşən Hüseynov, – “Kəpəz” aşağı yaş qrupları üzrə komandası
Adını sadalamadığımız bir neçə uşaq isə “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin aşağı yaş qrupları üzrə komandasında çıxış edir.