Premyer Liqa

“Kəpəz”in zədəliləri məşqlərə başlayıb

Topaz Premyer Liqasının XII turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlıqlarına start verib.
 
İdmanxeber.com-un məlumatına görə, komanda Bakıda hazılıq keçir. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir.

Gəncə klubunun uzun müddət zədəli olan futbolçuları Şəhriyar Əliyev, Dario Frederiko və Vüqar Bəybalayevin durumu artıq normaldır. Buna kimi fərdi halda çalışan oyunçular komanda ilə birgə məşqlərə qoşulublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43