Noyabrın 9-dan etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Kəpəz” klubunun oyunçusu Azad Kərimov zədələndiyi üçün heyətdən çıxarılıb.
Tellur Mütəllimov (Zirə) və Nicat Muxtarov (Rəvan) U-21-in hazırlıq prosesinə cəlb ounub.