Türkiyə Kubokunun 2-ci turunun oyunları keçirilir. Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” “Kızılcabölukspor”u qəbul edib.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kütahya təmsilçisinin baş məşqçisi Mustafa Ceviz Davuda ilk dəfə oynamaq şansı verib. Qolkiper debüt matçında 90 dəqiqə oynayıb və qələbədə pay sahibi olub.