"Arsenal"ın futbolçusu Nikolas Bentner bu dəfə tərbiyəsizliyi ilə gündəmə gəlib.
Belə ki, danimarkalı futbolçu yaşadığı binanın idman salonunda naməlum səbəblərə görə qapıları təpiklədiyi və şüşələri sındırdığı üçün polis bölməsinə aparılıb.
Şahidlərin dediyinə görə, bu hadisədən sonra Bentner evindən çıxaraq futbolçunu sakitləşdirməyə çalışan bir qadına belə bir ifadə işlədib: "Kəs səsini, yoxsa səni zorlayaram!".
Futbolçunun binadan çıxarılacağı deyilir.