Kateqoriyasız

“Keşlə” 10 futbolçu ilə müqaviləni uzatdı

“Keşlə” 10 futbolçusu ilə müqaviləni yeniləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyusko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko, Rafael Məhərrəmli daha bir il paytaxt klubunda çıxış edəcək. Həmçinin, “Sabah”dan icarəyə götürülən Elçin Mustafayevin müqaviləsi daha 1 il artırılıb.

Qeyd edək ki, “Keşlə” bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bu vəziyyətə alışmışam” – Vaqner

admin

“Qarabağ” Kiprdən məğlub dönür – Yenilənib

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin