08 Dekabr 2022
Kateqoriyasız

“Keşlə” 4 yoxlama görüşü keçirəcək

“Keşlə”də istirahət başa çatır.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda sabahdan etibarən təlim-məşq toplanışına başlayacaq.

Bakıda start götürəcək toplanışda komanda 4 yoxlama matçı keçirməyi planlaşdırır. “Keşlə” ilk oyununu iyunun 29-da keçirəcək. Lakin rəqib hələ məlum deyil.

İkinci sınaq görüşü iyulun 5-də baş tutacaq. “Kapital Bank Arena”dakı qarşılaşmada rəqib “Sumqayıt” olacaq. Tərlan Əhmədov iyulun 13-də Zirə İdman Kompleksinin stadionunda yetirmələrini “Zirə” önündə sınayacaq.

Dördüncü yoxlama matçı iyulun 24-nə planlaşdırılsa da, rəqibin kimliyi bilinmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Əsas 3 xal idi, onu da əldə etdik”

admin

Elxan Məmmədovdan Fonda yardım

admin

“Arsenal”ın səfər forması – FOTO

admin