28 Sentyabr 2021
Kateqoriyasız

“Keşlə” eyni klubdan iki legioner futbolçu transfer etdi – Rəsmi

Azərbaycan kubokunun son qalibi “Keşlə” növbəti transferini həyata keçirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Aldair Sapalo Amaro Neto ilə 1 illik müqavilə imzalayıb.

Portuqlaiyalı hücumçu son olaraq Şimali Makedoniyanın 1-ci liqasında çıxış edən “Pelister” klubunda çıxış edib.

***

“Keşlə” daha bir transferini açıqlayıb. Seneqallı futbolçu Oumar Qudiabi ilə 1 illik müqavilə imzalanıb.

Qudiabinin son klubu Şimali Makedoniyanın “Pelister” komandası olub. Müqavilə ilə bu ölkənin digər klubu “Şkupi”yə məxsus olan vinger, “Pelister”də icarə əsasında oynayıb. Qudiabi 2019-cu ildən “Şkupi”də çıxış edirdi. O, daha öncə ölkəsində də bir neçə komandanın uğurları üçün çalışıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

3 futbolçuda koronavirus aşkarlandı

admin

“Sabah” iştirak ərizəsini PFL-ə təqdim etdi

admin

“Qarabağ”ın Azərbaycana töhvəsi

admin