28 Noyabr 2022
Kateqoriyasız

“Keşlə”də start heyətini klub prezidenti müəyyənləşdirirdi”

Ötən ay “Keşlə”dən ayrılıb, ölkəsinin “Novbahar” klubuna keçən özbəkistanlı Bahodir Nəsimov müsahibə verib.

Sportal.az xəbər verir ki, o, müqaviləsinin bitməməsinə baxmayaraq, Bakı klubunu tərk etməsini belə izah edib:

“Ayrılmağımın səbəbi oynamamağım idi, bütün vaxtımı ehtiyatda keçirirdim. Son matçlarda isə ümumiyyətlə oynamadım. Baş məşqçi (Tərlan Əhmədovu nəzərdə tutur – red.) məni görməzdən gəlirdi. Klub rəhbərliyi ilə görüşəndə getmək istədiyimi bildirdim və ayrıldım”.

Təcrübəli hücumçu “Keşlə”də klub rəhbərliyinin baş məşqçinin işinə qarışdığını, hətta start heyətinin klub prezidenti tərəfindən müəyyənləşdirdiyini söyləyib:

“Son 6 ayda komandada 3 dəfə baş məşqçi dəyişikliyi oldu. Klubda ən böyük problem rəhbərliyin baş məşqçinin işinə müdaxilələridi. Hətta start heyətini də klub prezidenti (Zaur Axundovu nəzərdə tutur – red.) müəyyənləşdirirdi. Oyunun sonuna 5-10 dəqiqə qalmış meydana çıxırdım, ən çox bir hissə oynamağıma imkan yaradırdılar. Axırda dözmədim, müqaviləyə xitam verdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sumqayıt” – “Qarabağ” oyunundan əvvəl musiqili proqram

admin

“Bu, mənim üçün çox vacib idi” – Mahir Emreli

Səxavət Qurbanov

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin