Kateqoriyasız

“Keşlə”dən ikinci transfer

“Keşlə” Futbol Klubu yeni mövsüm üçün ikinci transferini həyata keçirib.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu “Sumqayıt”ın müdafiəçisi Şəhriyar Əliyevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 27 yaşlı müdafiəçinin yeni mövsümdən etibarən “Keşlə”nin şərəfini qoruyacağı diqqətə çatdırılıb. Lakin müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Şəhriyar Əliyev “Bakı”, “Qarabağ” və “Kəpəz”də də oynayıb.
“Keşlə” daha öncə “Neftçi”dən ayrılan Tural Axundovu da heyətinə qatmışdı.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Zirə”dən növbəti transfer – rəsmi

admin

Azarkeşlər dayanmaq bilmir: “İstefa reallaşana kimi “istefa”

admin

Şəhidlərimizdən biri futbolçu olub

admin