Kateqoriyasız

“Keşlə” argentinalı futbolçu transfer etdi

“Keşlə” klubu qış transfer dönəmində növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mərkəz müdafiəçisi Franko Floreslə müqavilə imzalanıb.

29 yaşlı oyunçu cari mövsümün sonunadək “Keşlə”nin formasını geyinəcək.

Qeyd edək ki, Franko Flores 2019/2020 mövsümündə də paytaxt təmsilçisində çıxış edib. Klub daha əvvəl “Neftçi”dən Fəhmin Muradbəylini icarəyə götürüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43