Ölkə futbolu

“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi – Yenilənib

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Bu gün daha iki oyun keçirilib. Əvvəlcə I Divizion təmsilçisi “Kəpəz” “Keşlə”nin qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Digər görüşdə “Neftçi” “Zirə”ni qəbul edib. Bu görüşdə qonaqlar sevinən tərəf olub – 1:0.

Dünən baş tutan matçlarda “Səbail” səfərdə “Sumqayıt”ı 1:0, “Qarabağ” öz meydanında “Qəbələ”ni 3:1 məğlub edib.

1/4 final mərhələsinin cavab qarşılaşmaları 6-7 fevral tarixlərində keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)

2 fevral (çərşənbə axşamı

“Keşlə” – “Kəpəz” – 1:0
Qol: 
Sezar Meza Kolli, 42

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”, 16:00

“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, (k) 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 14. Turan Vəlizadə
Baş məçqçi: Sənan Qurbanov

“Kəpəz”: 1. Elməddin Sultanov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 7. Ruslan Süleymanov, 8. Zahid Mərdanov, 14. Nicat Məmmədov, 77. Samir Qurbanov, 17. Ümid Səmədov
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 97. Emil Qasımov, 19. Fərid Məmmədov, 20. Orxan Abdullayev, 27. Hikmət Verdiyev, 5. Nika Baçaliaşvili, 18. Röyal Əhmədov, 13. Sadiq Şəfiyev
Baş məşqçi: Yaşar Vahabzadə

“Neftçi” – “Zirə” – 0:1
Qol: 
İlkin Muradov, 26

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bakcell Arena”, 18:00

“Neftçi”: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 28. Stiven Monroz, 17. Bruno Teluşi, 26. Ömər Buludov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 56. Elton Əlibəyli, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov

“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4.Elvin Camalov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 99. Filipe Paxtman, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43