Cari mövsümdə istədiyi nəticəni qazana bilməyən “Keşlə” iki futbolçusu – Sadio Tounkara və Franko Floreslə yeni müqavilə imzalayacaq.
İdmanxeber.az-ın məlumatına görə, sözügedən futbolçularla mövcud sözləşmə may ayının 31-də başa çatır. Yeni mövsümə “Şamaxı” kimi başlayacaq komanda hər iki futbolçu ilə başa çatacaq müqaviləni yeniləyəcək.
Həm argentinalı müdafiəçi, həm də malili yarımmüdafiəçi ilə bağlanacaq yeni müqavilənin müddəti 1 illikdi.