Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınan “Keşlə” – “Qarabağ” oyunu üçün hakim təyinatları açıqlanıb.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçın baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və Elşad Abdullayev köməklik edəcək. Dördüncü hakim funksiyasını Mahir Məmmədov yerinə yetirəcək.