Kateqoriyasız Ölkə futbolu Premyer Liqa

“Neftçi” “Qəbələ”ni darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Keşlə” “Sumqayıt”ı qəbul edib. İki qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

Digər qarşılaşma “Bakcell Arena”da olub. Burada “Neftçi” “Qəbələ”ni sınağa çəkib. Oyun meydan sahiblərininn yaranmasının 85 illik münasibətilə 19:37-də başlayıb. Bu oyunda “Neftçi” rəqibini darmadağın edib.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

18 mart (cümə)

19:37. “Neftçi” – “Qəbələ” – 4:0

Qollar: Eddi İsrafilov, 7, 90+5,  Mamadu Mbodj, 17, Gilyerme Pato, 81
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

17:00. “Keşlə” – “Sumqayıt” – 1:1

Qollar: Amil Yunanov, 45 (1:0), Franko Flores, 57-avtoqol (1:1)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASK Arena”

19 mart (şənbə)

16:45. “Sabah” – “Səbail”
Hakimlər
: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
“Bank Respublika Arena”

19:00.“Zirə” – “Qarabağ”
Hakimlər:
 Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43