Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Keşlə”nin ikinci rəqibi də müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Tərlan Əhmədovun komandası son Türkiyə Superliqasında 11-ci yeri tutmuş “Çanakkale Rizespor”la üz-üzə gələcək.
Paytaxt təmsilçisinin qarşılaşması Topuk Yaylası bölgəsində baş tutacaq.
Qeyd edək ki, həmyerlilərimizin ilk sınağı iyulun 31-də Türkiyənin digər təmsilçisi “Osmanlıspor”a qarşı olacaq.