“Keşlə” iki yoxlama oyunu oynayacaq.
İdmanxeber.az klubun “feysbuk” səhifəsinə istinadən bildirir ki, Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədə Keşlə FK iki yoxlama matçı keçirməyi planlaşdırır.
Belə ki, komandamız sentyabrın 2-də “Səbail” FK ilə qarşılaşacaq. Oyun “Bayıl Arena” stadionunda baş tutacaq. Qarşılaşmanın vaxtı barədə əlavə məlumat veriləcək.
İkinci yoxlama matçı isə “Sabah” FK ilə keçiriləcək. Matç sentyabrın 9-da saat 17.30-da “Əlincə Arena” stadionunda baş tutacaq.