23 Dekabr 2024
Ölkə futbolu

“Keşlə”ni məyus edən 300-cü qol

“Keşlə” Azərbaycan çempionatlarında səfərdə keçirdiyi oyunlarda 300-cü qolu buraxıb.

“Sumqayıt”ın qonağı olan paytaxt klubu 1:2 hesabı ilə uduzub. Cavid Tağıyevin 85-ci dəqiqədə vurduğu qol “Keşlə”nin səfərdə buraxdığı 300-cü qol olub.

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş “Keşlə” rəqib meydanlardakı 269-cu qarşılaşmada 300-cü qolu buraxıb.

“Keşlə” çempionatlar tarixində 300 və daha çox qol buraxan 5-ci komanda olub. Antirekord isə 432 top buraxan “Turan”a məxsusdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43