“Keşlə”nin futbolçusu Ebrima Sohna Qambiya mili komandasına dəvət alıb.
İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi Qambiyanın AFCON 2019 təsnifat matçı çərçivəsində Əlcəzair milli komandasına qarşı keçiriləcək matçda iştirak edəcək.
Qeyd edək ki, sözügedən oyun sentyabrın 8-də Qambiyada keçiriləcək.