“Keşlə”nin futbolçusu Ebrima Sohna Qambiya mili komandasına dəvət alıb.
İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi Afrika kubokunun seçə mərhələsində Benin milli komandasına qarşı keçiriləcək matç üçün yığmaya çağırılıb.
Qeyd edək ki, sözügedən oyun noyabrın 17-də Qambiyada keçiriləcək.