Futbol üzrə Litva yığması UEFA Millətlər Liqasında sonuncu matçına çıxıb.
“Keşlə”nin futbolçusu Edvinas Girdvainisin formasını geyindiyi Litva qrup mərhələsinin 6-cı turunda Serbiya millisnə 1:4 hesabı ilə məğlub olub..
Girdvainis də bu matçın iştirakçısı olub. “Keşlə”nin mərkəz müdafiəçisi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 54-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Keçirdiyi bütün görüşlərdən məğlub ayrılan Litva yığması Millətlər Liqası ilə xalsız vidalaşıb.