İdman

“Keşlə” – “Kəpəz” matçının qonağı Ədalət Şükürov: “Zaur Axundov dostumdu, nə pul?”

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçiriləcək “Keşlə” – “Kəpəz” matçının fasiləsində müğənni Ədalət Şükürov stadiona gələn azarkeşlər üçün mahnılar oxuyacaq.

İdmanxeber.com-a açıqlamasında müğənni özü “İnter” komandasına yaxın birisi olduğunu söyləyib. Klub prezidenti Zaur Axuondovla dost olduğunu söyləyən incəsənət ustası futbolla maraqlandığını da sözlərinə əlavə edib:

“Ümumiyyətlə mən “İnter”in dostuyam. Bu klubun himnini də oxumuşam. Məndən başqa müğənni oxuyacaq ya yox, bunu bilmirəm. Zaur müəllim xahiş elədi ki, fasilədə mahnı oxuyum, böyük məmnuniyyətlə qəbul etdim. Deyim ki, Zaur müəllim mənim dostumdu, nə pul? Məni hansı tədbirə dəvət edibsə, iştirak etmişəm. Ondan pul almaram axı, təmənnasız…”

Müğənni klubdan təklif olunacağı halda “Keşlə” haqda himn oxumağa da razı olduğunu dilə gətirdi: “Niyə də olmasın? Əgər təklif etsələr, “Keşlə”nin himnini oxuyardım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43