Belçikalı futbolçu Kevin de Bruyne cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçunun karyerasını ABŞ-da davam etdirəcəyi gözlənilir. De Bruyne “San Dieqo” ilə müqavilə bağlamaq üçün ilkin razılığa gəlib.
33 yaşlı futbolçu 2015-ci ilin avqustundan “Mançester Siti”də çıxış edir. Tərəflər arasındakı mövcud müqavilə yayda başa çatacaq.