21 Oktyabr 2024
Dünya futbolu

Kevin De Bruyne qayıtdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne komanda ilə məşqlərə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, klubun səhifəsində belçikalı futbolçunun fotosu ilə “Xoş gəldin” yazısı dərc edilib.

Sentyabrda Kevin Çempionlar Liqasının “İnter”lə oyununda (0:0) aldığı əzələ zədəsi səbəbindən oynaya bilmirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43