İngiltərə Premyer Liqasının iki futbolçusu karyerası Amerikada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Kevin de Bruyne və Muhammed Salahdan gedir. “San Dieqo” bu oyunçuları transfer etməkdə maraqlıdır. Klub gələn il MLS-də çıxış etməyi planlaşdırdığı üçün heyətini gücləndirmək istəyir.
Hər iki futbolçunun klubları ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.