Dünya futbolu

Kevin De Brüynenin evi qarət edildi – əşyalar oğurlandı

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüynenin Belçikadakı evi qarət edilib.

İdmanxeber.az-ın məlumatına görə, hadisə dekabrın 16-da baş verib. Soyğunçular futbolçunun evinə girərək binada olan əşyaları götürüblər. Konkret nələrin oğurlandığı açıqlanmır.

Hadisə zamanı De Brüynin həyat yoldaşı və üç uşağı evdə olmayıb. Futbolçunun özü hazırda klublararası dünya çempionatının keçirildiyi Səudiyyə Ərəbistanının “Mançester Siti” klubundadır.

“Mançester Siti” turnirdə ilk oyununu dekabrın 19-da keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43