“Mançester Siti” yarımmüdafiəçi Kevin De Bruyneyə əvəzləyici tapıb.
İdmanxeber.az-ın məlumatına görə, belçikalının yerinə əsas namizəd “Bayer”in yarımmüdafiəçisi Florian Virtsdir. “Şəhərlilər” onu De Bruyneni əvəz edə biləcək biri kimi görür.
Rəhbərliyin Virts üçün 85 milyon funt sterlinqdən çox xərcləyəci qeyd olunur. Eyni zamanda, futbolçu ilə “Bavariya” və “Real” da maraqlanır.
Leverkuzen klubunun da almaniyalı oyunçu ilə müqavilə uzatmaq istədiyi bildirilir.