21 Sentyabr 2024
Ölkə futbolu

Kevin Medina “Hakken”lə oyunda olmayacaq

“Qarabağ” Avropa Liqası qrup mərhələsinin sonuncu turunda qarşılaşacağı “Hakken” oyununa ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Kevin Medina İsveç təmsilçisinə qarşı görüşdə forma geyinə bilməyəcək. Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir.

O, qrup oyunlarında 3 dəfə sarı vərəqə aldığı üçün “Hakken” görüşünü buraxmalı olacaq.

“Qarabağ” İsveç təmsilçisi ilə dekabrın 14-də Bakıda qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43