Misli Premyer Liqasının 15-ci turu “Qarabağ”ın futbolçusu Kevin Medina üçün əlamətdar olub.
İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.
Yubileyi “Zirə” ilə matça təsadüf edən oyunçu qarşılaşmaya start heyətdə çıxıb. Oyunçu bu matçların hamısını eyni komandada keçirib. Müdafiəçi bu müddətdə 1 qola imza atıb.
Medina cari çempionatda 7 oyun keçirib.