Kateqoriyasız

“Keyfiyyət çatmadı” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

İtalyan mütəxəssis 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Səfərdə üç yoxlama matçı keçirdik. İkisində uduzub, birində qalib gəldik. Bu gün standart vəziyyətdən qol buraxdıq. Erkən qol planlarımızı pozdu. Amma sonadək mübarizə apardıq. Futbolçularımız yorğun idi. Gücümüz az qalmışdı. Bu matçdan çox şey öyrənə bilərik. Bizim üçün yaxşı təcrübə oldu.

Belarusla matçda 6 dəyişiklik etdik. Ondan sonra oyunun keyfiyyəti qalxdı. Bu gün isə alınmadı, nəticə qazana bilmədik. Halbuki kifayət qədər epizodlarımız oldu. Keyfiyyət çatmadı. Düşünürəm ki, daha çox inkişaf etməliyik.

Bədavi Hüseynovun durumuna gəlincə, dizində zədəsi var. Amma zədəsinin nə dərəcədə ağır olduğu dəqiq bilinmir. Bir az da gözləmiliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43