Kateqoriyasız

“Keyfiyyətdə rəqiblərimizdən dala qalırıq” – Aftandil Hacıyev

“Bu gün iki fərqli hissə izlədik. İlk hissəsinin sonunda vurdugumuz qol bizi ümidləndirdi. Lakin ustalıq səviyyəsi çatmadı ki, cavab qolunu vuran bilək”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Zirə” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Əfsuslar olsun ki, bəzi futbolçularımızın ustalıq səviyyəsi aşağıdır. Premyer Liqa üçün bu səviyyə yetərli deyil. İki oyundu uduzuruq. Bir hücumçu – Rauf Əliyevlə yola çıxmışıq və bu çətindi. Keyfiyyətdə rəqiblərimizdən dala qalırıq.

Biz ikinci hissədə daha çox rəqibin cərimə meydançasına yaxın oynadıq. Lakin bu “Zirə”nin qələbəsinə kölgə salmaq kimi çıxmasın”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43