22 Sentyabr 2024
Dünya futbolu

Keylor Navas İtaliya klubu ilə anlaşdı

PSJ-nin sabiq qapıçısı Keylor Navasın yeni klubu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper karyerasını İtaliyada davam etdirəcək.  O,  “Monza” klubuna keçməyə yaxındır. Tərəflər artıq razılığa gəlib və tezliklə müqavilə imzalanacaq. 

Navas azad agent kimi PSJ-dən ayrılıb. A seriyası təmsilçisi “Monza”nın baş məşqçisi İtaliya millisinin və “Milan”ın sabiq üzvü Nestadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43