Kateqoriyasız

Keysuke Honda Bakıda – Foto

“Neftçi”nin yeni transferi Keysuke Honda Bakıya gəlib. O, səhər saatlarında paytaxtımıza eniş edib.

Təcrübəli futbolçunu hava limanında “Neftçi”nin nümayəndələri və bir qrup azarkeş qarşılayıb.

Bu gün 34 yaşlı futbolçu ilə müqavilə imzalanması gözlənilir.

Honda karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) və “Botafoqo”da (Braziliya) çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43