Kateqoriyasız

Keysuke Honda rəsmən “Neftçi”də

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Məşhur futbolçu Keysuke Honda ilə mövsümün sonunadək müqavilə imzalanıb. 34 yaşlı yaponiyalı yarımmüdafiəçi komandanın heyətində 4 nömrəli forma ilə çıxış edəcək.

Keysuke Honda Yaponiyanın “Naqoya Qrampus” (2005-2007), Hollandiyanın “Venlo” (2008-2010), “Vitess” (2019), Rusiyanın ÇSKA (2010-2014), İtaliyanın “Milan” (2014-2017), Meksikanın “Paçuka” (2017-2018), Avstraliyanın “Melburn Viktori” (2018-2019) və Braziliyanın “Botafoqo” (2020) klublarında çıxış edib, Rusiya çempionatının (2013), kubokunun (2011, 2013), Superkubokunun (2013), İtaliya Superkubokunun (2016) qalibi olub, Yaponiyada ilin futbolçusu seçilib (2010).O, 2008-2018-ci illər ərzində Yaponiya milli komandasında 98 oyuna çıxıb, 37 qol vurub, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib. 2011-ci ildə isə Asiya Kubokunu başı üzərinə qaldırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43