2014-cü ilin noyabr ayında “Sumqayıt”la müqavilə imzalayan lakin zədəli olduğu üçün Almaniyada əməliyyat olunan Uğur Pamuk tam sağalıb.
İdmanxeber.com-un məlumatına görə, 26 yaşlı futbolçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Uğur növbəti oyunlara 76 nömrəli forma ilə çıxacaq.
Uğur 2012/2013 mövsümündə “Sumqayıt”da 14 qarşılaşmada meydana çıxıb (1194 dəqiqə) və 1 qol vurub. Daha sonra 203/2014 mövsümünün ikinci yarısında yenidən komandaya qoşulan adıçəkilən futbolçu bu dəfə 13 qarşılaşmada 1061 dəqiqə oynayıb və rəqib qapılarından 2 top keçirib. (klub saytı)