Ölkə futbolu

KİV: AFFA rusiyalı məşqçi ilə danışıqlara başlayır

AFFA Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postunu təklif edəcək.

İdmanxeber.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, qurum rəhbərliyi təcrübəli mütəxəssislə rəsmi danışıq aparmağa hazırlaşır. İddia edilir ki, 60 yaşlı çalışdırıcı bu posta əsas namizəddir.

Çerçesov 2023-cü ilin yayında Macarıstanın “Ferentsvaroş” klubundan ayrıldıqdan bəri işsizdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43