25 Fevral 2025
Dünya futbolu

KİV: Messi “Barselona”ya qayıdır

“İnter Mayami”nin hücumçusu Lionel Messi yaxın vaxtlarda “Barselona”ya qayıdacaq.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu karyerasını Kataloniya klubunda bitirmək istəyir. Bu səbəbdən Messi ən qısa vaxtda “Barselona”ya keçəcək. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. 

Messi 2004-2021-ci illərdə “Barselona”nın formasını geyinib. Bu müddət ərzində o, 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43