05 Oktyabr 2024
Dünya futbolu

KİV: “Messi harda oynayacağını bilmir”

Lionel Messinin gələcəyi ilə bağlı qərar verməyib.

İdmanxeber.az nüfuzlu “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, argentinalı oyunçu növbəti mövsüm harda çıxış edəcəyini bilmir. O, yekun qərarını verməyib. 

Messi haqda dərc edilən məqalədə “O, hələ də Çempionlar Liqasını qazanmaq istəyir. Ancaq  bunu PSJ və ya “Barselona” ilə edəcəyi bəlli deyil. Çünki Messi növbəti mövsüm harda oynayacağını bilmir. Paris klubu onunla danışıqları saxlayıb. Kataloniya təmsilçisi isə Leoya yüksək məbləğdə maaş verə bilmir” – deyə, vurğulanıb.

Messinin PSJ ilə sözləşməsi mövsüm sona başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43