“Qalatasaray” rusiyalı futbolçunun transferi ilə bağlı razılığa gəlib.
İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Serhat Ulueren məlumat yayıb. O bildirib ki, İstanbul klubu rusiyalı və belçikalı iki futbolçunu heyətinə qatıb.
Bir müddət əvvəl Türkiyənin “Fanatik” nəşri ÇSKA-nın hücumçusu Fedor Çalovun “Qalatasaray”a keçməyə razı olduğunu yazıb.
Fevral ayında isə türk klubunun “Dinamo”nun yarımmüdafiəçisi Arsen Zaxaryanı 13 milyon avroya almağa yaxın olduğunu və ona illik 1,9 milyon avro maaşla 2027-ci ilə qədər müqavilə təklif etdiyi bildirilmişi.